"Barselona" "Valensiya" ilə heç-heç etdi VİDEO

02:13 - 27 Noyabr 2017

İspaniya La Liqasında 13-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Barselona" ən yaxın izləyicisi olan "Valensiya"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

"Barselona" 35 xalla 1-ci, 4 xal geri qalan "Valensiya" ikinci yerin sahibidir. "Atletiko" və "Real" 27 xalla 3-4-cü yerləri bölüşürlər.

 

“Valensiya” – “Barselona” - 1:1
Qollar:
Rodriqo, 60 - Alba, 82

 

 

Xəbər xətti