"Qalatasaray"da ciddi itkilər: 4 futbolçu derbini buraxa bilər

10:47 - 28 Noyabr 2017

"Qalatasaray" Türkiyə Super Liqasının 14-cü turunda “Beşiktaş”la keçiriləcək oyuna itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Tolqa Ciyərçi və Latovleviç zədə səbəbindən bu görüşü buraxacaq. Hər iki futbolçunun 3-4 həftə yaşıl meydanlarddan uzaq qalacağı bildirlir.

 

Müdafiəçilər Sərdar Aziz və Ceyson Denayerin də yüngül zədəsi var.Onların oynayıb-oynamayacağı yaxın günlərdə müəyyənləşəcək.

 

Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” oyunu dekabrın 2-də keçiriləcək.

Xəbər xətti