“Futbolçularımız Premyer Liqanın nə olduğunu hiss etdilər”

10:09 - 30 Noyabr 2017

“Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, hələ ötən mövsümdən cəzalı olan baş məşqçi Samir Abasovun yoxluğunda 3:0 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:

 

“Öncə komandanı qələbə münasibəti ilə təbrik edirəm. 2 gün sonra “Kəpəz”lə əhəmiyyətli oyunumuz olduğu üçün müəyyən dəyişikliklərə əl atmışdıq. Uşaqlar da özlərini doğrultdular. Rəqibimiz də yaxşı komanda idi. Arif müəllimə də gələcək işlərində uğurlar arzu edirəm”.

 

“Sabah”ın baş məşqçisi Arif Əsədov isə bunları dilə gətirib: “Bu gün Premyer Liqa komandasına qarşı çıxış edirdik. İlk hissədə komandanın oyunundan razı qaldım. İkinci hissədə isə ehtiyat qüvvəmizin olmaması üzündən oyunda dönüş yarada bilmədik. “Sumqayıt”la oyun bizim üçün təcrübə baxımından xeyirli oldu. Futbolçularımız Premyer Liqanın nə olduğunu hiss etdilər”.

Xəbər xətti