"Sumqayıt"ın "Kəpəz" üstünlüyü

16:16 - 30 Noyabr 2017

"Sumqayıt" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşma dekabrın 2-də Gəncə Şəhər stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək.

 

“Sumqayıt”ın "Kəpəz"lə qarşılaşmalardakı statistik göstəricilərini təqdim edirik:

 

1. Komandalar Azərbaycan çempionatlarında 17 dəfə qarşılaşıblar.
2. "Sumqayıt" "Kəpəz"lə qarşılaşmalardan 6 qələbə, 6 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi sumqayıtlıların xeyrinədi – 22:20.
4. Amil Yunanov "Kəpəz"lə qarşılaşmalarda ən çox fərqlənən “Sumqayıt”lı futbolçudu (3 qol).
5. "Sumqayıt" Premyer Liqada ilk böyükhesablı qələbəsini "Kəpəz" üzərində əldə edib ("Sumqayıt" - "Kəpəz" 4:1, 11.12.2011)

Xəbər xətti