Samir Abasov: "Onlara alternativ axtarmağa çalışacağıq"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”ə səfərdə 3:0 hesabı lə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə matç haqda danışıb. 

 

-  Ümumlikdə oyunumuz ağır getdi. Bunu hesaba görə demrəm. Futbolçuların bütün 90 dəqiqə boyu hərəkətlərdə ağırlıq görsənirdi. Məlumdu ki, yol yorğunluğu, meydan amili öz təsirini göstərir. Bundan şikayətlənmirik. Hətta yorunluğa görə Gəncədə məşqdən imtina etdik. Komanda bu gün ağır görünürdü. Oyunun taleyini həll edən futbolçular bunu bacardılar. Məni bir az Aml Yunanov narahat edir ki, yenə qol imkanlarını boşa verdi. O, buna görə stress vəziyyətdə idi. 

 

-  Amilin yerinə Ehtiram Şahverdiyevin hücumun mərkəzində oynatdınız. Bu, effekt verəcəkmi?
-  Ehtiram ümumiyyətlə, hücumçudu. Komandamıza bu mövqenin oyunçusu kimi gəlmişdi. Sadəcə, bizdə taktiki sxemə görə yarımmüdafiənin sağ cinahında oynadırıq. Amili ilk qoldan sonra dəyişməyi düşünürdük. Ümid edirik ki, Ehtiram hücumda da bizdə faydalı ola bilər.


- Cari çempoionatın ilk yarısını 4-cü yerdə  bitirdiniz. Bunu qənaətbəxş nəticə sayırsınız?
-  Əlbəttə. Düzdü, bundan artıq da xallar ola bilərdi. Bəzi oyunlarda qalib də gələ bilərdik. Təki, bundan sonra da yaxşı olsun.

 

- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
- Maraq dairəmizdə olan futbolçular vardı. Biləndə ki, hansı klublarla danışıq aparırlar, reallığı biləndə 2-ci plana keçdik. Onlara alternativ axtarmağa çalışacağıq. Güclənmə hökmən laızmdı. Qışdan sona bu yeri qorumaq həddən artıq çətin olacaq. (Sport24.az)

Tarix: 2 Dekabr [16:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio