I Divizionda 13-cü tura start verildi

16:32 - 7 Dekabr 2017

Azərbaycan I Divizionunda 13-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "Sabah" doğma meydanında "Şüvəlan"ı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

 

Qeyd edək ki, turun digər görüşləri sabah oynanılacaq.

 

"Sabah" 2 - 1 "Şüvəlan"
Qollar: Elşad Manafov, 2, Eltun Hüseynov, 28 - Şahin Əliyev, 88

Xəbər xətti