"Zenit" millinin üzvünü transfer etdi

17:19 - 12 Dekabr 2017

Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Zenit" transfer fəaliyyətinə start verib.

 

Spoortal.az xəbər verir ki, Roberto Mançininin komandası hücum xəttini gücləndirib. Sankt-Peterburq klubu "Tosno"nun hücumçusu Anton Zabolotnini transfer edib. 26 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

 

"Zenit" Rusiya millisinin üzvünün keçidinə görə 1,5 milyon avro ödəyib.

Xəbər xətti