Sabiq "Qəbələ"li klubsuz qaldı

18:52 - 12 Dekabr 2017

Ukraynanın “Çernomorets” klubu 4 futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Odessa təmsilçisi qapıçısı Aleksandr Qutor, yarımmüdafiəçi Sergey Politalo və hücumçular Aleksey Antonov və Vladimir Barilko ilə müqaviləyə xitam verib. Bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Politalo, Antonov və Qutordan fərqli olaraq, 23 yaşlı Barilko zədə səbəbindən karyerasını bitirib.

 

Xatırladaq ki, Antonov 2015/16 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. 31 yaşlı hücumçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 49 oyunda 8 qol vurub.

Xəbər xətti