"Qarabağ" beynəlxalq turnirə dəvət aldı

“Qarabağ”ın U-12 komandası beynəlxalq turnirə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, Araz Bağırovun baş məşçqisi olduğu komanda Gürcüstanda keçiriləcək “Bendela CUP” turnirində iştirak edəcək. Turnirin təşkilatçısı Gürcüstan Futbol Federasiyası və “Saburtalo” futbol klubudur. 18-24 aralığında keçiləcək turnirdə Gürcüstan və Rusiyanın aşağı yaş qrupunda mübarizə aparan komandaları da iştirak edəcək. Ölkəmizdən isə yalnız  “Qarabağ” U-12 dəvət olunub.  20-24 komanda qruplara bölünəcək və ilk 2 yeri tutan klublar 1/8 finala vəsiqəni təmin edəcək. 28-ci dəfə keçirilən turnirin məqsədi uşaqlarda futbol sevgisini aşılamaq, uşaq futbolçular arasında dostluq münasibətləri yaratmaqdır. 

 

Məlumat üçün bildirək ki, “Qarabağ”ın U-12 komandası bu gün “Səbail”in eyni yaş qrupundan olan komandasını 4-0 hesabı ilə mğlub edərək, 32 xalla vahid liderdir. İkinci olan “Səbail” U-12 komandasının 29 xalı var.

Tarix: 17 Dekabr [00:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2018
25  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio