Hamşik Maradonaya çatdı

"Napoli"nin slovakiyalı ulduzu Marek Hamşik Dieqo Maradonaya məxsus rekordu təkrarlayıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard A Seriyasının 17-ci turu çərçivəsində səfərdə "Torino" ilə matçda (1:3) qol vurmaqla buna nail olub. Belə ki, Slovakiya millisinin üzvü "Napoli" forması ilə 115-ci qolunu vurub.

 

Neapol təmsilçisinin heyətində bütün turnirlərdə 115-ci qolu vuran Hamşik Maradonanın 1991-ci ildən bəri qırılmayan rekordunu təzələyib.

Tarix: 17 Dekabr [12:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio