Yaşar Vahabzadə: "Kəpəz"in əvvəlki şöhrətini bərpa etməsi üçün əlimdən gələni edəcəm"

11:15 - 19 Dekabr 2017

“Mənə etimad göstərən insanlara təşəkkür edirəm. Yunis müəllim əlaqə saxlayıb onunla birgə işləməyi təklif etdi. Onun dəvətini qəbul etdim".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynovun köməkçisi vəzifəsinə təyin edilən Yaşar Vahabzadə klubun saytına deyib.

 

Mütəxəssis "Kəpəz"in uğurlar qazanması üçün əlindən gələni edəcəyini deyib: "Bu, mənim Premyer Liqada ikinci iş yerim olacaq. Məşqçilik karyerama “Neftçi”də başladım. Sonra fəaliyyətimi müxtəlif yaş qrupları üzrə yığmalarda davam etdirdim. İndi isə “Kəpəz”də çalışacam. Gəncə klubu ölkəmizin ən köklü, titullu komandalarındandır. “Kəpəz”in əvvəlki şöhrətini bərpa etməsi, yenidən uğur qazanması üçün əlimdən gələni edəcəm".

Xəbər xətti