"Kəpəz"in sabiq futbolçusu Meksika klubunda

00:16 - 22 Dekabr 2017

"Kəpəz"in sabiq futbolçusu Renan Silva klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını Meksikada davam etdirəcək. Son olaraq Serbiyanın "Vayvodina" klubunda forma geyinən mərkəz müdafiəçisi "Murcielagos" klubu ilə anlaşıb. Serbiya təmsilçisi ilə ilyarımlıq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən oyunu yeni klubu ilə münasibətlərini rəsmiləşdirib.

 

Qeyd edək ki, Renan 2016/17 mövsümündə "Kəpəz"in uğurları üçün çalışıb. 

Xəbər xətti