"Mançester Siti" səfər matçında büdrədi VİDEO

01:14 - 1 Yanvar 2018

İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, lider "Mançester Siti" səfərdə "Kristal Palas"la 0:0 hesablı heç-heçə edib. Bununla da "şəhərlilər" 18 oyunluq qələbədən sonra Premyer Liqada ilk xal itkisiylə üzləşib.

 

Premyer Liqada turnir cədvəlinə 59 xalla "Mançester Siti" başçılıq edir. 45 xalı olan "Çelsi" ikinci pillədədir. "Mançester Yunayted" 44 xalla 3-cü, "Liverpul" 41 xalla 4-cü, "Arsenal" 38 xalla 5-cidir.

 

Xəbər xətti