"Qarabağ" "Dinamo"nun futbolçusunu transfer edir?

11:45 - 3 Yanvar 2018

Rumıniya “Dinamo” klubunun müdafiəçisi Steliano Filipi transfer etmək istəyən Azərbaycan klubunun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" 23 yaşlı futbolçuya göz dikib. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Ağdam təmsilçisi "Dinamo"nun 400 min avro tələb etdiyi futbolçu üçün qarşı tərəfə təklif göndərib.

 

Filipə Türkiyə və İtaliya II Liqasından da təklif var.

 

2015-ci ildən Buxarest "Dinamo"sunda çıxış edən oyunçunun aylıq maaşı 10 min avrodur. O, 2015-ci ildən Rumıniya millisinə dəvət edilir.

Xəbər xətti