Renat Dadaşov "Ayntraxt"dan göndərilir?

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov komandasını dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.  

 

Frankfurt “Ayntraxt”ının U-19 komandasının üzvü olan Renatın “Halleşer”ə keçidi gündəmdədi. III Bundesliqa təmsilçisi 18 yaşlı soydaşımızı heyətinə qatmaqda maraqlıdı. Tərəflər arasında danışığın müsbət nəticələnəcəyi və "Halleşer"in Dadaşovun transferini yaxın günlərdə rəsmən bəyan edəcəyi bildirilir. Keçid baş tutsa, millimizin üzvü yeni komandasında icarə əsasında oynayacaq.

 

Lakin klubun direktoru Fredi Bobiç yayılan məlumatı təkzib edib. O, məsələ barədə məlumatının olmadığını bildirib: "Halleşer" məsələsindən məlumatsızam. Əsas odur ki, Ranatı asanlıqla əldən verməyək. Onun qeyri-adi keyfiyyətləri var".

 

Klub rəsmisi millimizin forvardını intizamsızlıqda təqsirli bilib. Bobiç bildirib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün Dadaşovun fiziki durumu zəifləyib. O, yığma üzvünün peşəkar davranmadığını vurğulayıb: "Peşəkar müqavilə çox yaxşı və xoşdur. Lakin ona əməl etmək lazımdır. Bu sözləşməni imzalayan futbolçu peşəkar davranmalıdır. Dadaşov isə qış fasiləsindən sonra komandaya artıq çəki ilə qayıdıb".

 

Qeyd edək ki, Renat Dadaşov "Ayntaxt"ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmayıb. 

Tarix: 4 Yanvar [10:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio