Prosineçki millimizdəki köməkçiləri yanına apardı

12:47 - 5 Yanvar 2018

Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi təyin edilən Robert Prosineçkinin köməkçiləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, yığmamızda Prosineçkinin köməkçiləri olan Qordan Çipriç və Draqan Spasiç bu dəfə də xorvatiyalıya yardım edəcəklər. Onlardan başqa, Kenan Hasaqiç və Elvir Rahimiç də məşqçilər korpusunda yer alacaqlar.

 

Qeyd edək ki, 49 yaşlı Prosineçki 2014/2017-ci illərdə millimizin baş məşqçisi olub.

Xəbər xətti