"Qalatasaray" hollandiyalı futbolçu ilə yolları ayırdı

18:30 - 5 Yanvar 2018

"Qalatasaray"da ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi hollandiyalı futbolçu Naycil De Yonqla qarşılıqlı razılaşma əsasında yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a 2016-cı ilin yayında transfer olmuşdu. O, "cim bom"un heyətində meydana çıxdığı 18 qarşılaşmada 1 qol vurub.

Xəbər xətti