Vüqar Məmməd millimizin heyətini açıqladı

10:59 - 10 Yanvar 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

 

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Vüqar Məmməd Bakıda yanvarın 12-dən 20-dək keçiriləcək toplanışa 21 oyunçu dəvət edib:

 

Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Xəqani Sadıqov, Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov (hamısı “Qarabağ”), Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev (hamısı “Qəbələ”), Nail Alışov (“Neftçi”), Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Səbuhi Abdullazadə (“Sumqayıt”).

Xəbər xətti