"Keşlə" I Divizion klubunu məğlub etdi

16:29 - 11 Yanvar 2018

Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə" bu gün ilk yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu İsmət Qayıbov adına stadionda birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç "Keşlə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Keşlə" - "Qaradağ Lökbatan" - 3:1

Qollar: Pərdis Fərcad-Azad, 40, Əlibəy Məmmədli, 65 (pen.) (2:1), Məqsəd İsayev, 87 - Emin Mustafayev, 60
İsmət Qayıbov adına stadion

Xəbər xətti