"Azərbaycan yığması kifayət qədər güclü komandadır"

11:50 - 13 Yanvar 2018

Moldova millisinin baş məşqçisi təyin edilən Aleksandr Spiridon yerli mətbuata müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 57 yaşlı mütəxəssis müsahibə zamanı bu ayın sonunda baş tutacaq millimizlə yoxlama oyunu barədə də danışıb:

 

“Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticəyə imza atmasın? D divizionunda qrupda düşəcəyimiz digər 3 rəqibdən heç də zəif deyilik. Məqsədimiz qrupu birinci pillədə başa vurmaq olacaq. Çoxdandı Moldova futbolunu izləmirəm. Bu mənada mənə çalışmaq çox maraqlıdı. Yanvarın 27-də və 30-da bizi Cənubi Koreya və Azərbaycanla yoxlama oyunları gözləyir. Hər ikisi kifayət qədər güclü komandadı”.

 

Xatırladaq ki, Azərbaycan - Moldova oyunu yanvarın 30-da, Bakı vaxtıyla saat 19:00-da Antalyada keçiriləcək.

Xəbər xətti