“Neftçi” milli komandamıza qalib gəldi

01:09 - 15 Yanvar 2018

Çempionatın ikinci hissəsinə hazırlığı davam etdirən “Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri “Dalğa Arena”da U-19 milli komandamızla qarşılaşıblar. “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnmiş görüşdə yeganə qolu Tural Əliyev vurub.

 

Xatırladaq ki, “Neftçi”nin əvəzedicilərinin yanvarın 21-də “Səbail”in U-19, 24-də “Keşlə”nin əvəzediciləri, 28-də isə “ağ-qaralar”ın öz U-19 komandası ilə hazırlıq matçları nəzərdə tutulub. Yanvarın 30-da planlaşdırılan yoxlama görüşü haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

Xəbər xətti