İlham Allahverdiyev dubl etdi, komandası darmadağınla qalib gəldi

16:32 - 15 Yanvar 2018

Türkiyə BAL Liqasında 13-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu İlham Allahverdiyevin şərəfini qoruduğu "Çengelköyspor" doğma meydanda "Dumlupınar Universiteti"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
 
Həmyerlimiz matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Allahverdiyev bu görüşdə 2 qol vurmaqla komandasının qələbəsində pay sahibi olub.
 
Qeyd edək ki, 13 turdan sonra aktivində 25 xal olan "Çengelköyspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Allahverdiyev isə 9 qolla 10 qrupun bombardiridir.

 

Xəbər xətti