AFFA-dan 0:5 hesablı texniki məğlubiyyət

17:07 - 17 Yanvar 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin ikinci liqasında “Avanqart” - “Baku Fire-2” matçının 44-cü dəqiqəsində “Avanqart” klubunun futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Oyunun 49-cu dəqiqəsində “Baku Fire-2” klubunun futbolçusu Fərrux Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin ikinci liqasında “Gənclik” - “Baker Hughes” matçında “Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Xəbər xətti