Şehiç: "Azərbaycanda Prosineçkiyə böyük hörmət var"

16:53 - 19 Yanvar 2018

“Qarabağ”ın Bosniya və Herseqovina millisinə dəvət alan qolkiperi İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Şehiç millimizin sabiq çalışdırıcısı, hazırda Bosniya və Herseqovina yığmasının “sükanı arxasında” olan Robert Prosineçki barədə də fikirlərini bölüşüb:

 

“Prosineçki ilə iki il yarımdı tanışıq. O, böyük insandı, oyunçular haqda hər şeyi bilir. O, özü də peşəkardı, məşqçi heyəti də peşəkarlardan qurulub.

 

Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdı. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər”.

Xəbər xətti