"Xəzər"dən əzmkar qələbə VİDEO

01:07 - 25 Yanvar 2018

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, I Divizion təmsilçisi yerli "Kəmərspor" klubu ilə qarşılaşıb. Oyun Kəmərdəki Dr. Fehmi Öncel stadionunda keçirilib. Oyunun ilk hissəsində hesabda geri düşən "Xəzər" Türkiyə təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb. Paytaxt klubunun heyətində Ramil Həsənov dubl edib.

 

Qeyd edək ki, "Xəzər" ilk yoxlama matçında Almaniya III Bundesliqasında çıxış edən "Vakker Nordhauzen" klubuna 0:3 hesabı ilə uduzmuşdu.

 

Xəbər xətti