"Qəbələ" Çexiya klubuna qarşı

11:35 - 31 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Çexiyanın "Bohemians" kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Gloria Sports Arena”da baş tutacaq.

 

Xatırladaq ki, "Qəbələ" Türkiyə toplanışı çərçivəsində yerli “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1) və Rusiyanın "Arsenal" (3:3) klubları ilə qarşılaşıb.

 

Yoxlama oyunu

31 yanvar

 

18:00 "Qəbələ" (Azərbaycan) - "Bohemians" (Çexiya)

Antalya. “Gloria Sports Arena” 

Xəbər xətti