Paraqvay millisinin üzvü Premyer Liqamıza gəlir?

14:36 - 8 Fevral 2018

Almaniyanın II Bundesliqasında çıxış edən "İnqolştadt" klubunun futbolçusu Dario Leskano karyerasını Azərbaycan Premyer Liqasında davam etdirmək variantı var.

 

Sportal.az xəbər verir ki, bu barədə hücumçunun agenti Dario Torales məlumat verib. Paraqvaylı agent bildirib ki, 27 yaşlı oyunçu ilə ölkəmizdən bir klub maraqlanır. Ancaq agent Leskanonun xidmətində maraqlı olan klubun adını açıqlamayıb.

 

Qeyd edək ki, Dario Leskano Mendoza ölkəsinin "Sportivo Trinidense" klubunun yetirməsidir. Leskani İsveçrənin "Vil", "Tun" və "Lyusern" klublarında da çıxış edib. Dario 2015-2017-ci illərdə Paraqvay millisində 13 oyun keçirib.

 

Əlavə edək ki, Dario Torales ölkəmizdə çıxış edən Derlis Meza Kolli, Fransisko "Qato" Qarsiya (hər ikisi "Neftçi") və Sezar Meza Kollinin ("Keşlə") agentidir.

Xəbər xətti