Sülhsevər tur

Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən 4 oyundan üçü heç-heçə nəticələnib. “Zirə” - “Sumqayıt” və “Keşlə” - “Səbail” matçlarında komandalar hərəyə 1 top vurubsa, “Qarabağ” - “Qəbələ” görüşü qolsuz başa çatıb.

 

Sportal.az xəbər verir ki, eyni turda 3 heç-heçənin qeydə alınmasına cari mövsümdə ilk dəfə təsadüf olunur. Belə ki, ilk yarının 14 turunda belə “sülhsevərlik” qeydə alınmamışdı. 3 və ya daha çox oyunun bərabərliklə nəticələndiyi son tur 2016/17 mövsümündə yaşanıb. 2016-cı il oktyabrın 23-25-də baş tutan 9-cu turun 4 qarşılaşmasından 1-də qonaqlar qələbə qazanıbsa, 3-də heç-heçə qeydə alınıb. Növbəti “sülhsevər” tur 16 aydan sonraya təsadüf edib.

 

15-ci turda yalnız “Neftçi” - “Kəpəz” matçında qalib müəyyənləşib. Bu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Tarix: 12 Fevral [12:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2018
21  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio