Yunanıstan nəhənginə ağır cəza: 3 xalı silindi

17:36 - 13 Fevral 2018

Yunanıstan Super Liqasında çempionluğa iddialı klublardan olan "Olimpiakos" ağır cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Afina derbisində AEK-lə oyundan sonra qalmaqal yaşanması "Olimpiakos"a baha başa gəlib.

 

Belə ki, ölkənin futbol federasiyası klubun 3 xalını silib. Üstəlik "Olimpiakos" 2 ev oyununu da azarkeşsiz keçirəcək və 90 min avro cərizə ödəyəcək. 

 

Qeyd edək ki, PAOK-dan 6, AEK-dən 4 xal geri olan Afina təmsilçisinin 43 xalı 40-a endirilib.

Xəbər xətti