"Mançester Yunayted"in futbolçusu "Beşiktaş"a transfer olacaq

"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaininin adı son Türkiyə çempionu "Beşiktaş"la hallanmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu "Beşiktaş"la anlaşma əldə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Mövsümün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatacaq Fellaini "qara qartallar"a azad agent statusu ilə keçəcək.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-cü ildən "Mançester Yunayted"də çıxış edir.

Tarix: 14 Fevral [14:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2018
21  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio