AFFA-nın sabiq prezidentinin oğlu qəzada öldü

11:50 - 15 Fevral 2018

AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev Sabirabad rayonunda avtomobil qəzasında dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat bildirib. Hadisə Sabirabadın Həşimxanlı kəndində baş verib. Anar Mirzəyevin idarə etdiyi "Jeep” markalı minik avtomobili su kanalına aşıb. Olay yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü A.Mirzəyevin əsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

 

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğludur və ailəlidir.

Xəbər xətti