Avopa Liqası: 1/16 final mərhələsinin ilk oyunları keçirildi

02:18 - 16 Fevral 2018

Avropa Liqasında 1/16 final həyəcanı davam edib.

 

Sportal.az xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutub.

 

"Arsenal" "Ostersund"u, "Milan" isə "Ludoqorets"i səfərdə darmadağın edib. Dortmund "Borussiya"sı öz meydanında "Atalanta"ya 3:2 hesabı ilə qalib gəlib. "Lion" - "Vilyarreal" matçında da meydan sahibləri seviniblər - 3:1.

 

İtaliya A Seriyasının lideri "Napoli" doğma azarkeşləri önündə "Leyptsiq"ə 1:3 hesabı ilə məğlub olub. Cari mövsümdə "Qarabağ"ın Çempionlar Liqasında rəqibləri olmuş "Kopenhagen"lə "Atletiko"nun duelində madridlilər səfərdə 4:1 hesabı qalib gəliblər. 

 

Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.

 

Avropa Liqası 

1/16 final mərhələsi, ilk oyunlar 

15 fevral

 

"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) - 1:3

Qolar: Tomasov, 7 - Fernandes, 47, Martins, 50, Dumbia, 56

 

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) - 3:2

Qollar: Şürrle, 31, Batşuayi, 65, 90+1 - İliçiç, 51, 56

 

"Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) - 0:3

Qollar: Kutron, 45, Rodriqes, 62 (pen.), Borini, 90+2

 

"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) - 3:0

Qollar: Cermeyn, 4, 69, Tauvin, 74

 

"Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya) - 2:3

Qollar: Balotelli, 4, 28 - Manuel Fernandes, 45, 69, 77

 

"Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) - 0:3

Qollar: Monreal, 13, Uellbek, 24, Özil, 58

 

"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) - 2:2

Qollar: Odriozolo, 57, Yanuzay, 80 - Oyarzabal, 27 (avtoqol), Minamino, 90+4

 

"Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) - 1:3

Qollar: Adriano, 60 - Adurits, 22, 39, Riko, 45+1

 

AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna) - 1:1

Qollar: Aydareviç, 80 // Tsiqankov, 19

 

"Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya) - 1:0

Qol: Kollum Mak Qreqor, 78

 

"Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya) - 1:4

Qollar: Fişer, 15 - Nigez, 21, Qameyro, 27, Qrizmann, 71, Vitolo, 77

 

"Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) - 1:0

Qol: Qnore, 29

 

"Lion" (Fransa) - "Vilyarreal" (İspaniya) - 3:1

Qollar: Alvaro, 46, Fekir, 49, Depay, 82 - Fornals, 63

 

"Napoli" (İtaliya) - "Leypziq" (Almaniya) - 1:3

Qollar: Ounas, 52 - Verner, 61, 90, Bruma, 74

 

"Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya) - 1:1

Qollar: Çana, 58 - Renik, 81

Xəbər xətti