Sabiq "Zirə"li Norveç klubunda

10:40 - 16 Fevral 2018

"Zirə"nin sabiq futbolçusu Akim Latifunun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, nigeriyalı oyunçu Budapeştin "Honved" klubunu tərk edib. 28 yaşlı müdafiəçi karyerasını Norveçdə davam etdirəcək. Nigeriya millisinin sabiq üzvü "Soqndal" klubu ilə 1,5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Latifu 2017-ci ilin yanvarında Türkiyənin "Alanyaspor" klubundan ayrıldıqdan sonra "Zirə" ilə müqavilə imzalamışdı. O, həmin ilin yayında "qartallar"ın sıralarını tərk etmişdi.

Xəbər xətti