Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı

19:06 - 16 Fevral 2018

Daha bir gənc və perspektivli azərbaycanlı futbolçunun ölkə xaricinə aparılması prosesi uğurla yekunlaşıb.

 

Bundan öncə Budaq Nəsirovun “Sportinq”, Fərid Nəbiyevin “Slaviya Praqa” klubuna keçidinə vasitəçilik edən FİFA meneceri Vaqif Heydərli “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. 

 

Sportal.az saytı Futbol11.az-a istinadən xəbər verir ki, Muradov icarə əsasında mövsümün sonunadək  Çexiyanın adlı-sanlı klubu “Slaviya Praqa”nın formasını geyinəcək. Gənc oyunçu artıq sözləşməyə qol çəkib.

 

Razılaşmaya əsasən 19 yaşlı yarımmüdafiəçi “Slaviya”nın U-21 komandasında forma geyinəcək. İcarə müddəti başa çatdıqdan sonra tərəflər yeni müqavilənin detallarını müzakirə edə bilərlər.

 

Futbolçu özünü yaxşı tərəfdən göstərsə, onunla 2 illik müqavilə imzalanacaq.

Xəbər xətti