Millimizin üzvü ehtiyatda qaldı

13:30 - 17 Fevral 2018

Hollandiya Birinci Divizionunda 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Kambur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Kökçü bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Valveyk” hazırda 23 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti