Şəhriyar Rəhimov 300-ə çatdı

Topaz Premyer Liqasının XVII turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub. 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması (1:0) 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub. 2007/08 mövsümündə Premyer Liqada debüt edən Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.

 

Qeyd edək ki, Şəhriyar Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudur.

Tarix: 26 Fevral [13:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio