PSJ-dən yeni rekord

Fransa çempionatının 27-ci turunda evdə Marsel “Olimpik”ini 3:0 hesabı ilə məğlub edən PSJ rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi bu qələbə ilə doğma “Park de Prens”də, bütün turnirlərdə ardıcıl 18-ci qələbəsini qazanaraq, klub rekorduna imza atıb.

 

Qeyd edək ki, PSJ evdə sonuncu dəfə 2016-cı ilin martında “Monako”ya uduzub - 0:2.

 

27 turdan sonra hesabında 71 xal olan Unai Emerinin yetirmələri liderdi. Parislilər ən yaxın izləyicisi “Monako”nu 14 xal qabaqlayır.

Tarix: 26 Fevral [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio