Millimizin üzvü oynadı, komandası "Başakşəhər"dən xal aldı

00:14 - 27 Fevral 2018

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Başakşəhər”lə üz-üzə gəlib və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Dəniz görüşün 60-cı dəqiqəsində meydana çıxıb.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 26 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. "Başakşəhər" isə 47 xalla 2-cidir.

Xəbər xətti