Suares sarı vərəqə almağa cəhd etdiyi üçün cəzalanacaq

La Liqanın prezidenti Xavyer Tebas çempionatın son turunda "Jirona" ilə matçda (6:1) sarı vərəqə alaraq cəzalı duruma düşməyə cəhd edən “Barselona”nın hücumçusu Luis Suaresin cəzalandırılacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum rəhbəri Suaresin hiyləgərlik edərək sarı vərəqə almağa cəhd etdiyini deyib:

 

“Luis Suarez qəsdən sarı vərəqə almağa çalışırdı. Buna görə də o, cəzalanmalıdır. Əgər Suares “Jirona” ilə görüşdə sarı vərəqə ilə cəzalansaydı, "Las Palmas"la görüşdə meydanda olmayacaqdı. Cəzasını çəkib qurtardıqdan sonra isə "Atletiko" ilə görüşə çıxacaqdı. Bu hiyləgərlik yol verilməzdir. Cəzalanması üçün çalışırıq. La Liqada saxtakarlığın qarşısını almaq üçün əlimizdən gələni edirik".

Tarix: 28 Fevral [14:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio