"Fənərbaxça"nın futbolçusuna 2 oyunluq cəza verildi

16:55 - 28 Fevral 2018

"Fənərbaxça"nın hücumçusu Fernandao cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb Super Liqanın 23-cü turunda səfərdə "Beşiktaş"la keçirilən matçda (1:3) etdiyi hərəkət olub. Belə ki, qolsevinci braziliyalı forvarda baha başa gəlib.

 

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "sambaçı"ya 2 oyunluq cəza və 13 min lirə cəza kəsib. O, Türkiyə kubokunun yarımfinalında "Beşiktaş"a, Super Liqada isə "Akhisarspor"a qarşı oyunlarda komandasına kömək edə bilməyəcək.

Xəbər xətti