Ayaz Quliyev "Krasnodar"a qarşı oynadı

11:36 - 4 Mart 2018

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Krasnodar”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

 

Ayaz start heyətdə meydana çıxdığı qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib.

 

“Rostov” geridə qalan turlarda topladığı 25 xalla 16 kollektiv arasında 9-cudu.

Xəbər xətti