Röyal Nəcəfovun qolu "Ağrıspor"a qələbə qazandırdı

14:25 - 5 Mart 2018

Türkiyə Həvəskarlar Liqasında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" səfərdə "Mardin 47 Spor"un qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Röyal Nəcəfov bu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Təcrübəli forvard 94-cü dəqiqədə vurduğu qolla Ağrı təmsilçisinə qələbə qazandırıb. Bununla da Nəcəfov Türkiyədə vurduğu qolların sayını 15-ə yüksəldib.

 

"Ağrıspor" 19 turdan sonra 48 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Həmyerlimizin komandası mövsümün bitməsinə 3 tur qalmış ən yaxşın əzləyicisi "Batman Bələdiyəspor"u 7 xal qabaqlayır.

Xəbər xətti