PSJ - "Real" matçının hakimləri müəyyənləşdi

15:05 - 5 Mart 2018

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab oyununun hakimləri müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, sabah keçiriləcək  hər iki oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

PSJ – “Real” matçını Feliks Brix idarə edəcək. Ona Mark Borç və Stefan Lüpp kömək edəcək. Qarşılaşmanın 4-ü hakimi isə Markus Haçker olacaq.

 

“Liverpul”-“Porto” oyunu isə  Feliks Zvayerə tapşırılıb. Yan xətt hakimləri Torsten Şiffner və Marko Açmüller olacaq. 4-cü hakim funksiyasını Rafael Foltin yerinə yetirəcək.

 

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti