I DİVİZİON: Sabah keçiriləcək oyunlar üçün bütün təyinatlar

17:33 - 7 Mart 2018

Futbol üzrə Azərbaycan I Divizionunda XVII turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb.

 

Sportal.az PFL-in saytına istinadən təyinatları diqqətinizə çatdırır: 

 

8 mart (cümə axşamı)

“Zaqatala” – “Xəzər”
Hakimlər: Rəhim Həsənov, Eyyub İbrahimov, Pərvin Talıbov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Hakim-inspektor: Rüfət Hüseynov
Zaqatala şəhər stadionu

 

“Qaradağ Lökbatan” – “Turan Tovuz”
Hakimlər: Ömər Paşayev, Cəmil Quliyev, Elman Kərimov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Sahib Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

“Binə”  - “Ağsu”
Hakimlər: Ramil Əhmədov, Elşad Abdullayev, Vüsal Qənbərov, Kərim Kərimov
AFFA nümayəndəsi: Novil İsmayılov
Hakim-inspektor: Əvəz Şıxıyev 
Binə qəsəbə stadionu

 

Qeyd: Görüşlər saat 15:00-da başlanacaq. 

Xəbər xətti