"Qaradağ Lökbatan"ın ardıcıl 3-cü məğlubiyyəti VİDEO

00:33 - 9 Mart 2018

Azərbaycan 1-ci divizionunda 17-ci turuna start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib. Lider “Qaradağ Lökbatan” ardıcıl üçüncü oyundan məğlub ayrılıb. Lökbatan təmsilçisi bu dəfə evdə “Turan Tovuz”a uduzub - 1:3.


"Qaradağ Lökbatan" - "Turan Tovuz" 1:3

Qollar: Sabir Allahquliyev, 71-pen - İlkin Rzayev, 54; 80. Ziyabil Məmmədov, 58. 

 

Xəbər xətti