Ufuk Budak millidən kənar qala bilər

12:40 - 13 Mart 2018

Uzun müddət sonra millimizə dəvət alan "Samsunspor"un futbolçusu Ufuk Budak yığmamıza qoşulmaya bilər.

 

Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisinin zədə problemi var. 28 yaşlı futbolçu Türkiyə I Liqasının son turunda "Qaziantepspor"la matçında zədələnib. Qasıq nahiyyəsində problem olan Ufuk "Boluspor"la matça yetişməyə bilər. Budakın zədəsi uzun zaman alsa, millimizin martın 23-də Belarus və həmin qarşılaşmadan 4 gün sonra keçiriləcək Makedoniya ilə qarşılaşmalara dəvət almayacaq.

Xəbər xətti