"Barselona" "Çelsi"ni məğlub edərək 1/4 finala adladı VİDEO

01:48 - 15 Mart 2018

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı qrupda ikinci yeri tutan "Çelsi" səfərdə "Barselona"nın qonağı olub. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən "Barselona" növbəti mərhələyə yüksələn sonuncu komanda olub.

 

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0

Qollar: Messi, 3, 64, Usman Dembele, 20

İlk oyun – 1:1

 

 

Xəbər xətti