Millimizin rəqibi heyətini açıqladı

17:50 - 15 Mart 2018

21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə qrup mərhələsində millimizlə qarşılaşacaq Kosovo yığmasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Rafet Prekazi 24 futbolçuya dəvət göndərib.

 

Kosovo millisinə dəvət alan futbolçular: Visar Bekay, Arber Xoça (hər ikisi, “Priştina”, Kosovo), Florian Smakiqi, Albert Dabiqay, Mendurim Xoti, (hamısı “Feronikeli”, Kosovo), Mentor Boroçi (“Hayvaliya”, Kosovo), Ardit Nika, Denis Xaliti (“Drita”, Kosovo), Kamer Krasniqi (“Osnabryuk”, Almaniya), Ardian İsmaili (“Hayduk”, Xorvatiya), Lirim Mema, Besfort Kolqeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq, Almaniya), Arbenit Cemaili (“Ksamaks”, İsveçrə), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Lapi”, Kosovo), Florent Hasani (“Dyoşqyor”, Macarıstan), İlber Maloku, Muarem Caşari (hər ikisi “Trepça”), Roni Qaşi, Meriton Koreniça (hər ikisi “Liriya”, Kosovo), Ron Broca (“Şkupi”, Makedoniya), Valmir Suleymani (“Hannover”, Almaniya).

 

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu martın 22-də keçiriləcək.

Xəbər xətti