Budaq Nəsirovun "Sportinq" macərası başa çatır

10:56 - 16 Mart 2018

Portuqaliyanın "Sportinq" klubunda çıxış edən U-21 millimizin üzvü Budaq Nəsirov böyük ehtimalla, mövsümün sonunda komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, mövsümün əvvəlində komandasıyla müqavilə müddətini uzadan Budaq Lissabon klubundan ayrıla bilər. Mövsümün gedişində zədə səbəbində bir neçə oyunu qaçıran yarımmüdafiəçi performansını tam ortaya qoya bilməyib. 21 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent statusu olacaq. Nəsirovun karyerasını Azərbaycanda və Avropanın ortabab çempionatlarında davam etdirmək variantları var.

 

Qeyd edək ki, Budaq Nəsirov 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçmişdi. Nəsirovun ulduzu 2015/16 mövsümündə "Kəpəz"də Şahin Diniyevin rəhbərliyi altında parlamışdı.

Xəbər xətti