"Atletiko"nun futbolçusu mövsümü başa vurdu

15:51 - 16 Mart 2018

"Atletiko" ciddi itkiyə üzləşib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçinin müdafiəçisi Filipe Luis sıradan çıxıb. Braziliya millisinin üzvü UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) ciddi zədə alıb. Sol ayağında qırıq aşkarlanan 32 yaşlı sol cinah müdafiəçisi mövsümü başa vurub. Onun Rusiyada keçiriləcək dünya çempionatından kənarda qalacağı ehtimal olunur.

 

Qeyd edək ki, Luis bu mövsüm 25 oyun keçirib.

Xəbər xətti